Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Çexiyada Ulu Öndərin xatirəsinə həsr olunmuş şahmat və qolf turnirləri keçirilib

Baxılıb: 743     Tarix: 13-05-2018 11:55   

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında dördüncü ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turnirdə Çexiya, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.
Turnirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan, onun xalqımız qarşısındakı xidmətlərindən bəhs edib. Azərbaycanlı diplomat Praqada sözügedən turnirin ənənəvi şəkildə keçirildiyini vurğulayıb, növbəti illərdə də təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.
Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib.
Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar, habelə müvafiq broşürlər iştirakçılara paylanılıb. Turnir başa çatdıqdan sonra qaliblər müvafiq medal və hədiyyələrlə təltif ediliblər.
Çexiyanın Karlovı Varı şəhərində isə Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş qolf turniri keçirilib. Turnirin rəsmi hissəsində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iştirak edib.шаблоны для dle 11.2