Xəbər lenti
03/08/2026 [10:44]
Ceki Çan Bakıya gəldi
03/08/2026 [08:39]
Bu 5 yolda sıxlıq var
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zülfüqarov: Rusiya bu dövlətlə birləşə bilər?

Baxılıb: 739     Tarix: 25-02-2019 12:34   

Lukaşenko həm Putin, həm də öz adından deyib ki, bu məsələdə xalq necə istəsə, elə də olacaq. Yəni təxminən referendum məsələsi ortadadır. Referendumun nəticələri barədə nəsə demək çətindir. Rus xalqını deyə bilmərəm, amma belaruslar müstəqil dövlətdə yaşamağa öyrəşib. Bu, mənim təəssüratımdır, amma hadisələr necə cərəyan edəcək, demək çətindir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya və Belarusun birləşməsi ehtimalı barədə danışarkən deyib.
Z.Mnatsakanyanın səfərinin təxirə salınması barədə yayılan məlumatların Ermənistanın Suriyaya hərbçi göndərməsi ilə əlaqələndirilməsinə inanmadığını deyən T.Zülfüqarov bildirib ki, ABŞ bu səfərin təxirə salınmasını istəyibsə, bunun səbəbi fərqlidir. Ermənistan-Rusiya münasibətlərinin heç də qaydasında olmadığını bildirən diplomat buna sübut kimi Putinin adamı Köçəryanın Rusiya liderinin istəyinin əksinə olaraq hələ də həbsdə saxlanılmasını göstərib:
“Paşinyan çox yaxşı başa düşür ki, o, Kreml üçün heç vaxt “özününkü” olmayacaq. Bu yolu seçib ki, mənim insanlar arasında dəstəyim var və öz siyasətimi həyata keçirməliyəm. Rusiya-Ermənistan əlaqələri heç də yaxşı deyil”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar