Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyədə benzinin qiymətinin kəskin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Baxılıb: 678     Tarix: 15-05-2018 16:39   

Türkiyədə benzinin qiymətinin yüksəlməsi qonşu ölkələrin iqtisadiyyatına müəyyən təsir göstərə bilər.
Qanunvehedef.az Sonxeber.az-a istinadən Milli Məclisin deputatı Vahid Əhməd Türkiyədə benzinin qiymətinin kəskin bahalaşmasının Azərbaycana mümkün təsirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, benzinin qiymətinin bahalaşması digər malların da dəyərinin artmasına gətirib çıxarır. Bu baxımdan millət vəkili hesab edir ki, Türkiyədə benzinin qiymətinin kəskin bahalaşması ilk növbədə bu ölkədən mal idxal edən dövlətlərin bazarına təsir edə bilər.
V. Əhməd diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir: "Və biz Türkiyədən kifayət qədər mal idxal edirik. Həmin idxal edilən malların qiymətində artım baş vermə ehtimalı mövcuddur".
Millət vəkili bunun təsirlərinin minimuma endirmək üçün Türkiyədən idxal edilən malların tərkibinin, strukturunun nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb: "Elə malları idxal etmək lazımdır ki, tələbata uyğun olsun. Yəni hökumət ölkədə ehtiyac duyulan malların siyahısını tərtib etməli və onları idxal etməlidir. Azərbaycanın özünün istehsal etdiyi, ölkədə qıtlığı olmayan malların idxalını nəzərdən keçirmək lazımdır ki, problem yaşanmasın. Çünki Türkiyə kifayət qədər ixracat həcmi böyük olan ölkədir və buna görə ordan idxal edilən malların qiymətində müəyyən qədər problemlər yaranır".
Xatırladaq ki, Türkiyədə benzinin qiymətii 18 kuruş bahalaşıb. İstanbulda benzinin litri 6,20, dizel isə 5,60 türk lirəsi təşkil edir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar