Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Miqrasiya Xidmətinin rəisi kadr islahatlarından danışdı

Baxılıb: 758     Tarix: 17-05-2018 11:19   

Dövlət Miqrasiya Xidmətində dövlət başçımız müəyyən yeni vəzifələr və tapşırıqlar verib.
Qanunvehedef.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, həmin tapşırıqlara islahatlar da daxildir:
“Biz ilk gündən bu tapşırıqların icrası istiqamətində fəaliyyətə başlamış, mövcud vəziyyəti təhlil etmiş, vətəndaşların müraciət və şikayətlərini araşdırmışıq. Bununla əlaqədar artıq ilk addımlara başlamışıq.
Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün qeyd edilən iradlar aradan qaldırılsın. Həmçinin kadr islahatları da bu prosesin bir hissəsidir. Cənab prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadir olan kadrlarla önəm verəcəyik.
Amma bu islahatlar müəyyən şəxslərin işdən kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız bundan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq və bu bacarıqlardan maksimum istifadəni təmin edək. Bununla bağlı da bəzi yerlərdə yerdəyişmələr həyata keçiririk. Bütün tapşırıqlar diqqətdədir. Miqrasiya xidməti tam gücü ilə fəaliyyət göstərir”.шаблоны для dle 11.2