Ərdoğan mövqeyini qoruyur, müxalifət isə güclənir - Sorğu
Baxılıb: 671 Tarix: 17-05-2018 12:28

Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Remres” şirkəti keçirdiyi sorğudan sonra yayıb. Sorğu iştirakçılarının 42,1%-i prezident seçkisi keçiriləcəyi təqdirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səs verəcəklərini bildirib. Ondan sonrakı yerlərdə CHP namizədi Məhərrəm İncə (24,1%), Maral Akşənər (17,1%), Səlahəddin Dəmirdaş (12,6%), Təməl Qaramollaoğlu (3,9%) və Doğu Perinçək (0,2%) qərarlaşıblar.
Prezident seçkisi ikinci tura qalacağı təqdirdə isə vəziyyət bir qədər fərqli olacaq. Belə ki, bu seçkidə Ərdoğana 41,8%, Məhərrəm İncəyə isə 41,3% səs veriləcək.
Respondentlərin 10,2% hələlik bu məsələdə qərarsız olduğunu, 6,7%-i isə səs verməyəcəyini deyib. Məhərrəm İncənin səslərinin qəfil artmasına səbəb isə HDP namizədi Səlahəddin Dəmirdaşın ikinci tura keçməyəcəyi halda onun tərəfdarlarının İncəni dəstəkləyəcəyini bildirmələri olub.
Ən çox oxunanlar
Son xəbərlər