Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Şükür Allaha, bizdə oliqarxlar sinfi yoxdur…” - Lukaşenko

Baxılıb: 522     Tarix: 21-08-2019 12:05   

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb. Virtualaz.org xəbər verir ki, Lukaşenko zala toplaşanların çiyinlərində Belarusun suverenliyinin və müstəqilliyinin dayandığını deyib. Bildirib ki, belarusların yaxın illərdə necə yaşayacaqları məhz onlardan asılıdır.
“Şükür Allaha, biz ölkədə oliqarxlar sinfinin meydana gəlməsinə imkan vermədik, hansı ki, belələri təkcə bu və ya digər situasiyanı deyil, ölkəni də idarə edirlər. Biz quldurlara və cinayətkarlara ölkəni hissələrə bölməyə, həmin hissələrə bizim adamların hesabına parazitlik edərək “krışalıq” etməyə imkan vermədik. Bu, nəinki son dövlərin, eləcə də Belarusun bütün müstəqillik dövrünün ən böyük nailiyyətidir. Və bunu sizlər, hüquq-mühafizə orqanları edirsiniz”,-Lukaşenko bildirib.



Son xəbərlər
{sape_links}{sape_article}