Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Hacı mənə evlənmə təklifi edib" - Röya

Baxılıb: 611     Tarix: 26-08-2019 11:21   

"Duetlərin anasıyam. Bilirəm kiminlə, harada oxumaq lazımdır. Əkbərlə (müğənni Əkbər Əliyev - red.)dostuq, amma hələ duet oxumuram. Məqamını və mahnını gözləyirəm".
Qanunvrhedef.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Duet oxumağı sevdiyini söyləyən sənətçi, ifalarının uğurlu alındığını bildirib.
Röya bir vaxtlar səsləndirdiyi və məşhur olan "Qadın" mahnısından söz açıb. O bildirib ki, sözügedən bəstəni həyatının ən ağır dönəmində səsləndirib:
"Qadın" əsərdir, mənalı və ağırdır. Vaqif Gərayzadənin mahnıları əsərdir. 2008-ci ildən məndə idi. Dərk edəndən sonra oxudum. Həyatımda ailə, ayrılıq oldu. Dərk etmədən əvvəl onu oxumağım mümkün deyildi".
Röya dostu, aparıcı Hacı Nuran Hüseynovla bağlı maraqlı etiraf da edib:
"Hacı mənə evlənmək təklif edib. Deyir, gəl evlənək. Amma ona ərə getmərəm. Çünki gecələr evə gəlmir".

 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar