Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nadirə lağ etdi: "Botoks dodaqlar..."

Baxılıb: 495     Tarix: 26-08-2019 11:23   

Müğənni Nadir Qafarzadənin Türkiyədə eks-əri tərəfindən boğazı kəsilərək, qətlə yetirilən Emine Bulut haqda dediyi sözlər sosial mediada birmənalı qarşılanmayıb.
Axşam.az xəbər verir ki, onun "Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir" sözlərinə reaksiya verənlər arasında aktyor Kamran Ağabalayev də olub.
O, sosial şəbəkədə Nadirin ünvanına bu sözləri yazaraq, tənə vurub:
"Botoks dodaqlardan çıxan "kişi pis qadının başını kəsər" ifadəsi bir az şey çıxır, yəni zad çıxır!"
Qeyd edək ki, N.Qafarzadə fikirlərində bu ifadələr də yer alırdı:
"Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. İnanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin. İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsizliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır.
Bir çoxları elə düşünür ki, azadlıq elə özünü açıb-tökmək, istədiyini etməkdir. Belə bir misal da var ki, 40 il boyunduruq altında yaşamqdansa, bir gün kişi yaşamaq lazımdır. Amma qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər