Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İkinci dəfə ərindən boşanan Sevda nişanlanıb?

Baxılıb: 603     Tarix: 04-09-2019 11:40   

Müğənni Sevda Sanəliyevanın sosial şəbəkədəki paylaşımları müzakirələrə səbəb olub.
Qanunvehedef.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi fotolardan birində barmağındakı üzüyünü nümayiş etdirib. Onun görüntüsünə izləyiciləri müxtəlif şərhlər yazıblar.
Barmağındakı üzük Sevdanın yenidən nişanlanması haqda dedi-qoduların yayılmasına səbəb olub. İzləyiciləri də müğənniyə bununla bağlı suallar ünvanlayıblar. Onlar Sanəliyevaya "Yenidən kiməsə aşiq olmağınız, gözlərinizdən, hərəkətlərinizdən görünür", "Bəs üzük?", "Nə tez oldu bu xeyir iş? Yeni boşanmışdınız ki", "Təbriklər, Allah gözəl bəxt versin" kimi şərhlər yazıblar.
Sevda isə izləyicilərinə "Onun reklamı ürəyimdədir" yazaraq, gülmək emojiləri ilə reaksiya verib. O, xəbərləri nə təsdiq, nə də inkar edib.
Digər paylaşımlarda isə Sevdanın yenidən rəqs etməyə başlaması diqqət çəkib. Ailəli olduğu ərəfədə rəqqasəlikdən uzaqlaşan sənətçi artıq köhnə işinə qayıtmağa hazırlaşır. Sanəliyeva rəqs videolarına yazılan tənqidlərin qarşısını almaq üçün şərh bölümünü də bağlayıb.
Qeyd edək ki, müğənni bu yaxınlarda "5/5" verilişində yenidən rəqqasəliyə başlayacağını açıqlamışdı.
Sevda həyat yoldaşı Cəmildən bir neçə ay əvvəl rəsmi boşandığını açıqlayıb. Sənətçinin iki övladı var.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar