Xəbər lenti
29/04/2024 [15:15]
Sabaha olan hava PROQNOZU
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səyavuş Aslanın ölümü ilə bağlı sok etiraf: "Onu iki oğlu öldürüb"

Baxılıb: 349     Tarix: 05-09-2019 11:46   

"Bəyin oğurlanması" filmində xalq artisti Yaşar Nuri deyil, Səyavuş Aslan çəkilməli idi
Bu gün xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın ad günüdür.Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur AzNews.az-a müsahibəsində Səyavuş Aslanı oğlanları öldürdüyünü etiraf edib.
- Əli müəllim, mərhum sənətkar Səyavuş Aslanı necə aktyor idi?
- 1991-ci ildə Akademik Milli Dram Teatrı Türkiyənin İstanbul şəhərinə qastrola getmişdi. Həmin qastrolda teatr İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə çıxış etdi. Səhəri bütün türk mətbuatı Azərbaycanın teatr sənətindən, xüsusi ilə də xalq artisti Səyavuş Aslandan yazdı. Bütün türk mətbuatı yazdı ki, Səyavuş Aslan dünya şöhrətli aktyordur. Dünya şöhrətli aktyor adını hər adama vermirlər. Bu adı Səyavuş Aslana verdilər. Səyavuş Aslan qeyri-adi aktyor idi. Onun çox zəngin daxili aləmi vardı. Dəvət aldığı bütün obrazları sinəsində yaşatmağa gücü vardı. Onu Musiqili Teatrda komik aktyor kimi tanıyırdılar. Amma o, Akademik Milli Dram Teatrına gələndən sonra elə tamaşalar oynayırdı ki, tamaşaçı göz yaşını saxlaya bilmirdi. Onda olan sənət imkanları sonsuz idi. Səyavuş Aslan dəniz yox, bir okean idi. Mən çox istərdim ki, o, Akademik Milli Dram Teatrında Şeksprin tradik rollarını oynayaydı. Tamaşaçılar ona heyrətlənirdi. Teatrın repertuarında olan "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına baxırdıq, göz yaşımız sel kimi axırdı. Onun həmin tamaşada oynadığı obrazda yaşadığı iztirabları, yaşantıları dəhşət idi. Çox təəssüflər olsun ki, onun imkanlarından istifadə olunmadı.
- Yəni, ona qarşı haqsızlıqlar olundu?
- "Bəyin oğurlanması" filmində xalq artisti Yaşar Nurinin yaratdığı obrazda Səyavuş Aslan çəkilməli idi. Amma Yaşar Nuri çəkildi. Cəlil Məmməquluzadənin "Qurbanəli bəy"ində Səyavuş çəkilməliydi, amma iş elə gətirdi ki, həmin obrazda da Yaşar Nuri çəkildi. Yaşar da böyük aktyor idi. Amma bu rollar sanki Səyavuş Aslan üçün yazılmışdı. Onda o qədər qeyri-adilik vardı ki. Səyavuş Aslan səhnəyə çıxanda elə bilirdin ki, səhnə dolub, orda addım atmağa yer yoxdur. Bir aktyorun ifası o boyda səhnəni doldururdu. Onun orta boyu, bədən quruluşu, aurası, talantı bir-birini əvəzləyirdi. Səhnəyə çıxan kimi tamaşaçıları ələ alırdı. Sanki hamını sehirləyirdi.
- Tamaşaçı Səyavuş Aslanı komik aktyor kimi tanıyırdı. Amma həqiqətdə Səyavuş Aslanın üzündə dərin bir kədər, iztirab vardı... Nə idi onu bu qədər üzən?
- Həyatı... Ailəsi... Səyavuş Aslan çox kədərli idi. Onun dərdi, qayğıları vardı. Həyatı, ailə vəziyyəti, uşaqları, problemləri, narazılıqları vardı. Bütün buna baxmayaraq, səhnəyə çıxanda bunları unudurdu. Aktyorda ən böyük məharət bir anda başqalaşmaqdır. Bunu ancaq Səyavuş Aslan bacarırdı. Onun böyüklüyü, dahiliyi onda idi ki, tragediya, komik, dramatik rolların fərqi yox idi, hamısı eyniydi. Bu, hər aktyora nəsib olmur. O, oynadığı hər hansı rolda məharətini göstərirdi. Bu, onda Allah vergisi idi. Sənətini sevirdi. Qayınatası Rza Əfqanlı Azərbaycanın böyük aktyoru idi, gözünü açandan səhnədə olub. Aktyor sənətini güclü bilirdi. Bu da onun böyüklüyünə xidmət edirdi.
- Bəs, belə bir dahi aktyoru nə öldürdü?
- Onu balaları, iki oğlu öldürdü. Səyavuşdan geriyə heç nə qalmayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar