Xəbər lenti
13/05/2025 [12:29]
POEZIYA
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Məmmədova bacılarının konserti təxirə salınır?

Baxılıb: 567     Tarix: 30-09-2019 12:23   

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt hadisə onların oktyabr ayında nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək.
Bu barədə Kult.az-a xalq artisti Gülynaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kəndərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan, konsert proqramı təxirə salınmayacaq.
“Xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözümüz ağalayanda bir gözümüz daim gülüb, çünki bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyəti yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik”, - Gülyanaq Məmmədova deyib.
Xatırladaq ki, xalq artistlərinin konserti oktyabrın 30-da Heydər Əliyev Sarayında keçirilicək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.
Həmçinin qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovaların yeznələri Mövsüm Məmmədkərimov sentyabr ayının 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. Hadisə zamanı xalq artistlərinin bacısı uşaqları Əli və Mahal Məmmədkərimovlar yaralanıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar