Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Ömür boşa getməyib" - Xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Rafael Dadaşov

Baxılıb: 878     Tarix: 17-02-2020 13:28   
Xalq artisti Rafael Dadaşov haqqında "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində süjet hazırlanıb.
Big.az xəbər verir ki, xalq artisti bir müddət öncə prezident İlham Əliyev tərəfindən "Şöhrət ordeni" ilə təltif olunması haqqında danışıb:"74 yaşım var onun 44 ilini səhnədə olmuşam. Prezident məni orden ilə təltif etdi. Təltifetmə mərasiminə qatıla bilmədim. Çünki uzun müddətdir ki, yataq xəstəsiyəm. Heç bu ordeni hələ istifadə də edə bilməmişəm. İnşallah tezliklə ayağa qalxıb sevə-sevə istifadə edəcəm. Yadıma gəlir, 1994-cü il idi Heydər Əliyev anamı ordenlə təltif etmişdi. O, mənim çox xoşuma gəlmişdi. Həmişə götürüb əlimdə baxırdım. O vaxtı anam mənə dedi ki, "sənə də qismət olsun". Məni əvvəllər atam Məlik Dadaşova görə tanıyırdılar. Sonralar amma Moskvaya və ya başqa xarici şəhərlərə gedəndə deyirdilər "Məlik Dadaşov Rafaelin atasıdır". İndi də bu ordenlə təltif edildim. Deyə bilərəm ki, ömür boşa getməyib. Sadəcə bir narazıçılığım var ki, mənim xarici görünüşümdən filmlərdə çox istifadə edə bilmədilər".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar