Müğənninin növbəti uğuru
Baxılıb: 694 Tarix: 24-02-2020 12:07
Abbasov üçünci solo konserti ilə fevralın 20-də Heydər Əliyev Sarayında musiqisevərlərin görüşünə gəlib. Müğənnini səhnədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Bakı gecələri” estrada orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri Cəlal Abbasovdur.
İki saat davam edən konsertdə Cəlal Abbasov Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov, Pərviz Nəsirov, Natiq Qəzənfəroğlu, İbrahim, Zaur Kamal kimi bəstəkarların onun üçün yazdıqları mahnıları ifa edib. Müğənni həmçinin oxuduğu xalq mahnıları, dünya hitləri, vətənprvərlik mövzusunda ötən illərin mahnıları ilə tamaşaçıların alqışlarını qazanıb.
Konsertdə Xəyyam Mustafazadə, Elnarə Həsənli, Təranə Mahmudova, Roza Zərgərli və Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova müğənni ilə duet oxuyublar.
Qeyd edək ki, daha çox şanson ifaçısı kimi tanınan Cəlal Abbasov 2008-ci ildə keçirilən gənc ifaçıların birinci “Bakı gecələri” müsabiqəsində Qran-Prinin sahibi, eləcə də bir neçə yerli və beynəlxaql musiqi festivallarının iştirakçısı və qalibidir. Bundan bir il sonra Bakının "ÜNS" teatrının səhnəsində "Notterdam" dünya musiqisinin premyerasında Febusu ifa edib. 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının himnini ifa edib. 2011-ci ildə Türkiyədə TÜRKSOY-un dəstəyi ilə keçirilən "Silifke Musiqi Haftası" layihəsi çərçivəsində xalq və pop musiqisi ifaçılarının 38-ci Beynəlxalq festivalının qalibi olub. Heydər Əliyev Sarayında və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsertlərlə çıxış edib.
Ən çox oxunanlar
Son xəbərlər