Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vaqif Əsədovdan Tolikin "Gelandewagen"in nömrəsi ilə bağlı AÇIQLAMA

Baxılıb: 955     Tarix: 08-06-2018 13:35   
Xəbər verdiyimiz kimi, prodüser Tolikə (Tarix Əliyev) ad günündə ağ "Gelandewagen" hədiyyə edilib.
Qanunvehedef.az unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkədə Tolikin avtomobilini nümayiş etdirərkən bir nüans diqqəti çəkib. Belə ki, prodüserin 90-EF-300 dövlət nömrə nişanınlı avtomobilində defis işarəsinin olmaması böyük maraq yaradıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu addımın qanun pozuntusu olduğunu qeyd edir:
"Bu dövlət nömrə nişanlarının standartlarına müdaxilədir. Avtomobolin dövlət nömrə nişanında defis işarəsi olmayan şəxslər 50 manat cərimələnir. Bu qanuna əməl etmək hər kəsin borcudur. Əgər o avtomobil nömrəsində defisi silibsə, bilmirəm nəyə görə belə edib. Tolik hər zaman yol hərəkəti qaydalarını pozanları aşkar etdikdə bizə dərhal məlumat verib. Biz də həmin şəxslər barəsində təsirli tədbir görmüşük. Tolik qanunları sevən oğlandır. İnanıram ki, Tolik qısa zamanda nömrəsində olan bu çatışmazlığı aradan qaldıracaq".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar