Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Nəsimiyə həsr olunmuş müsabiqə elan olundu

Baxılıb: 846     Tarix: 02-07-2018 17:02   
Mədəniyyət Nazirliyi gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətətanıdılması məqsədilə həyata keçirdiyi "Söz" ədəbi layihəsi çərçivəsindəböyük şair, mütəfəkkir İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqəyə əsərlərin qəbulunu elan edir.
 
Müsabiqədə yaşı 35-dək olan gənc şairlər iştirak edə bilərlər. İddiaçılar şeirlərini Azərbaycan, rus və ingilis dillərində təqdim edə bilər.
 
Müsabiqəyə qoşulmaq istəyən şəxslər bir şeirini, qısa tərcümeyi-halını və bir ədəd fotoşəkilini [email protected] elektron poçt ünvanına göndərməlidir. Müsabiqə üçün əsərlərin qəbulu 2018-ci il sentyabrın 1-dək davam edəcək.
 
Azərbaycanın tanınmış ədəbiyyat xadimlərindən ibarət münsiflər heyətinin yekun qərarı ilə müəyyən olunan finalçılar 2018-ci ilin sentyabr ayında baş tutacaq ədəbi festivala dəvət olunacaqlar. Tədbir zamanı birinci yerin sahibinə 1000, ikinci yerə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı və diplom təqdim olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar