Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sumqayıt teatrı mövsümü başa vurub

Baxılıb: 681     Tarix: 24-07-2018 10:17   

Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurub.
 
Teatrın mətbuat xidmətindən bildirilib ki, mövsümün bağlanışı ilə əlaqədar teatrda geniş toplantı keçirilib.
 
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxışında repertuar siyasətinin qurulmasından geniş danışıb. Baş rejissor və quruluşçu rejissorlara tövsiyə və tapşırıqlarını verib. Həmçinin qeyd edib ki, yaradıcılıq imkanlarının gücləndirilməsi üçün hər kəs öz üzərində çalışmalıdır. Dünya teatrları ilə inteqrasiya üçün yaradıcılıqla yanaşı PR işi ön plana çıxarılmalıdır. “Tamaşaçıların bədii-estetik zövqünün formalaşması, eyni zamanda vətənpərvərlik hisləri aşılayan, milli-mənəvi dəyərləri, dövlətçiliyi təbliğ edən əsərlər səhnə həllini tapmalıdır. Prezidentin müvafiq Sərəncamı ilə bu sənət ocağının 50 illik yubileyinin qeyd olunması da bizi sevindirir. Biz bu yubiley tədbirində teatrın keçdiyi şərəfli yolu tamaşaçılara göstərməliyik. Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da nəinki respublika səviyyəsində, dünya çapında belə layiqli yer tutmaq iqtidarındadır”,- deyə teatrın direktoru vurğulayıb.
 
Sonra teatrın rəhbəri M.Həmidov yeni mövsümdə görüləcək işlər barədə məlumat verərək kollektivə mənalı istirahət arzulayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar