Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Yataqdan qalxmasa da, bahalı ətirindən mütləq istifadə edirdi”

Baxılıb: 751     Tarix: 05-08-2022 09:41   

ABŞ-da yaşayan keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı dünyasını dəyişən atası, tanınmış jurnalist Araz Zeynalov haqqında paylaşım edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:
“Prospektin yazılmamış bir nömrəli qanunu - “Kişi kimi yaşayıb, kişi kimi ölmək”dir. Mən özüm belə pafoslu məhəllə əfsanələrindən uzaq olsam da, köhnə məktəb nümayəndələrinin haqqını yemək olmaz. İntellektual, geyimi keçimi yerində, hazırcavablıq, yumor hissi, status, xeyirxahlıq və cəmiyyətdə hörmət. Bu sadalanan dəyər və prinsiplərə son gününə qədər əməl etmək.
Dünən (avqustun 3-də-red.) atam dünyasını öz sevimli prospektində dəyişdi. Son aylar yataqdan qalxmasa belə, bahalı ətirindən mütləq istifadə edirdi, zarafatlarından qalmırdı. Deyirdi ki, yubileyimdə rəhmətə getsəm, yaxşı xəbər başlıqları alınar…
Yubiley məsələsi olmasa da, başlıqlar və postlar bol olacaq. Adına layiq. Onun üçün çox vacib idi. Allah rəhmət eləsin, ata".
Qeyd edək ki, A. Zeynalov avqustun 3-də 61 yaşında uzunsürən xəstəlikdən vəfat edib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar