Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

O torpağın qönçəsidi Gülbəniz

Baxılıb: 882     Tarix: 17-08-2022 15:32   

(Gədəbəy rayonunun Kəlaman kənd sakini, Hacıalılar kənd tam orta məktəbinin istedadlı şagirdi, dərslərində fərqlənən Həsənli Gülbəniz Arzu qızına həsr olunur)

Allah, nə gözəl yaratmısan bu gözəliyi,
Qara hörükləri, qara gözləri.
Busə dodaqları, al yanağları...
Canlara od salan o baxışları!
 
Kəlaman kəndində qaçıb oynayan,
O qara gözləri sevincdən gülən.
Dərin mənalı baxışlarınız...
İnsana ruh verir Gülbəniz qızım!
 
Güllü gülüstandı Gədəbəy torpağı!
O, torpağın qönçəsidi Gülbəniz!
Ananın, atanın arzu- istəyi
Sizi zirvələrdə görməkdir, Gülbəniz!
 
Hər fəndin açarın əldə tutmusan,
Şərəf löhvəsində adın yazılıb.
Həsənli soy adı fəxri namədə,
Ucadan ucadı məktəbdə adın!
 
Gədəbəy rayon təhsil ocağı,
Hacalılar kəndi, tam orta məktəb.
Yetişdirib neçə-neçə gənc fidan,
Onlardan biri də Gülbəniz qızım!
 
Salam söyləyin Gədəbəymizə!
Saatlı torpağının yetirməsindən.
Bu şe'ri yazan şairə Türkan!
Oxuyan gözlərə böyük ehtiram!
 
 Qələmə aldı:
Türkan İmaməli qızı MƏMMƏDOVA


 




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar