Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkiyəli müğənni Gülşən ifadə verib.

Baxılıb: 586     Tarix: 26-08-2022 13:02   

Həbs olunan türkiyəli müğənni Gülşən ifadə verib.
Qanunvehedef.az Haberler.com-a istinadən xəbər verir ki, ifaçı özünü günahkar hesab etmədiyini bildirib.
“Mənə ehtiyacı olan bir övladım var. Mən günahkar deyiləm. 25 illik sənətçiyəm. Mənim musiqiçi dostlarım var. Bu qrupla birlikdə konsertlərdə səhnə alıram. Mənim komandamda klaviş ifaçısı Miraç adlı dostumun ləqəbi imamdır. Ayrıca dostlarla öz aramızda ağılsızcasına, axmaqcasına zarafatlaşırıq. Bədbəxtlikdən bu iki kəlmə bir araya gəldi. Dostumuz İmam Hatipdə oxumayıb. Qrupda bütün dostlarımızın ləqəbi var”, - o deyib.
Qeyd edək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Müğənni İmam Hatip liseyinin məzunlarını hədəf alan sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar