Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Anar Nağılbazı kim öldürdü?

Baxılıb: 837     Tarix: 06-08-2018 17:01   

Aylar əvvəl Azərbaycan repinin atası sayılan, ölkəyə okeanın o tayından yeni stil, yeni janr gətirən Anar Nağılbazın şəxsi həyatına aid videogörüntülər yayılmışdı. Bu görüntülərin nədən ibarət olduğunu danışmağa gərək yoxdur. Əslində, danışacağımız tək şey bir insanın özəl həyatını lentə alıb, mədəniyyətin can verdiyi bir cəmiyyətin qınağına təqdim edərək, ölüm fərmanını imzalayanlar olmalıdır.
“Əxlaq” deyəndə ağlımıza ancaq kişi-qadın münasibətindəki “müqəddəs” sərhədlər gəlir və bu sərhədlər vicdanımızın gözünü elə kor edir ki, əxlaq anlayışının insan cismində deyil, ruhunda, mənəviyyatında olduğunu görə bilmirik. Əgər görə bilsəydik, ən böyük əxlaqsızlığın hansısa hadisənin necə yaşanmasında deyil, necə təqdim edilməsində olduğunu anlayardıq.
İki gündür ki, hamı Anar Nağılbazın ölümündə günahkar axtarır, hamı kimisə, nəyisə təqsirkar bilir, ittiham edir. Ölüm hamının başına gələcək bir həqiqətdir, bundan qaçış yoxdur. Qaçışı olmayan həqiqətlərdəsə günahkar axtarmaq mənasızdır.
Ancaq mütləq bir “günah keçisi” olmalıdır. Ən azı ona görə ki, bu ölümə az-çox səbəbkar olanlar, özlərinə təsəlli verə bilsin. Mənsə düşünürəm ki, günah elə mərhumun özündə idi. Anar, sən mentalitetin meydan suladığı bir dövrdə - doxsanıncı illərdə Amerika mədəniyyətini bu gün səni daş-qalaq edən cəmiyyətə gətirən adam idin. O vaxtlar “Küçə qadını”, “Fahişə” treklərini səsləndirəndə necə reaksiyayla qarşılaşacağın heç vecinə də deyildi. Bax, niyə iyirmi il öncə yad bir mədəniyyəti ölkəyə gətirməyə çalışdığın halda, iyirmi il sonra öz cəmiyyətinin mədəniyyətinə, ya da mədəniyyətsizliyinə məğlub olasan?
Kaş bu qədər sarsıntı keçirmək yerinə, çıxıb bircə dəfə deyəydin ki, “hər kəs özünə baxsın, nə yaşamışam, əcəb eləmişəm”.
Adətən biz öyrəşmişik ki, yıxılana təpik vuraq, baltalayaq. Sənsə yıxılmamışdın, vallah, yıxılmamışdın. Sən o gün özünü yıxılmışlığa vurdun, bizlər də yeyib bitirdik səni.
İndisə canı-könüldən rəhmət oxuyuruq: Ruhun şad olsun!шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər