Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Oksana imkanlı şəxslərdən kömək istədi - FOTO

Baxılıb: 685     Tarix: 25-08-2018 10:53   
Hamiləliyin son aylarını yaşayan Oksana Rəsulova imkanlı şəxslərdən kömək istəyib.
Qanunvehedef.az baku.ws-ə istinadən xəbər verir ki, rəqqasə-aktrisa aktyor Murad Məmmədovun xəstə övladı üçün bu addımı atıb.
Oksana aktyorun 1 yaşlı oğlu Məhəmmədin fotolarını sosial şəbəkədə paylaşaraq bunları yazıb:
"Dostlar! Xüsusən də imkanlı şəxslər! Bu körpənin yardıma ehtiyacı var. Uşağın atası bizim dostumuz aktyor Murad Məmmədov Rus Dram Teatrının aktyorudur. "Zaman adlı qatar" filmində mənim tərəf müqabilim olub. Allah xəstə balalara can sağlığı versin".
Onun bu hərəkəti izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, istedadlı aktyor, "Əli və Nino" tamaşasında Əli obrazını canlandıran Murad Məmmədovun 1 yaşlı oğlu Məhəmmədin qara ciyərində törəmə yaranıb. Onun dəqiq müayinə və müalicəsi üçün köməyə ehtiyac var. Aktyorun atası da bir il öncə bu xəstəlikdən vəfat edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar