Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Küsülü əməkdar artistlər toyda barışdılar

Baxılıb: 481     Tarix: 03-09-2018 17:00   

Küsülü olan əməkdar artistlər Mətanət İsgəndərli və Elza Seyidcahan barışıb.
Qanunvehedef.az axşam.az-a istinadənxəbər verir ki, müğənnilər keçmiş millət vəkili Gülər Əhmədovanın oğlunun toy məclisində bir araya gəliblər. M.İsgəndərli mahnı oxuyarkən Seyidcahanan oynayıb. Həmin an müğənni Elzanın yanına gələrək onunla qucaqlaşıb, görüşüb. Seyidcahan da həmkarının barışıq addımına müsbət cavab verib.
Elza əməkdaşımızla söhbətində M.İsgəndərli ilə bağlı bunları deyib:
"Ona qarşı incikliyim düz olmuşdu. Ancaq bacılar arasında da söz-söhbət olur. Mətanət həmişə mənə sevgisini, hörmətini dilə gətirib, göstərib. Bu dəfə də göstərdi. Amma qızının toyunda mənə anlaşılmazlıq etmişdi. Söhbət heç də oxumaqdan getmir. Ülkər qızımızın xoşbəxtliyini görmək mənə bəs edərdi. Sadəcə, Mətanət xanım səhnə, mikrofon görəndə "cəzm" olur. Özü də mənim açıqlamamı bəyənib. Deyir, oxuyanda o qədər güldüm ki...".
Qeyd edək ki, Seyidcahan açıqlamasında İsgəndərlini biabır etmişdi. İfaçıların küsülülüyünə səbəb Mətanətin qızı Ülkərin toyunda Elzaya oxumağa imkan verməməsi olmuşdu. O, qarşı tərəfin ünvanına "Qızının toyunda heç kimə oxumağa imkan vermədi. Elə bil solo konsert verirdi. Musiqiçilər belə yorulmuşdu. Gedirdi 5 dəqiqə otururdu, tez qayıdıb musiqiçilərin ifasını yarımçıq kəsib, öz mahnısını deyirdi. Musiqiçilər də axırda dedi ki, bizim repertuar başqadır. toyda gördüyüm hadisənin şokundan ayılmamışam. Onun orada etdikləri bir filmin ssenarisi idi. Qız toyunda ana ağır olar. Hər şey oxudu" sözlərini deyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar