Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu pula kinonu inkişaf etdirmək olmaz – Millət vəkili

Baxılıb: 981     Tarix: 14-11-2018 14:00   
Mədəniyyətə diqqət artmalı, büdcədən bu sahəyə ayrılan vəsait azı 2 faiz olmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
O, deyib ki, 2016-cı ildə kino sahəsinə 65 milyon manat ayrılıb: “Bunun nəticəsində onlarla qısametrajlı filmlər çəkilib. Xatırladınm ki, Qazaxıstan “Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayırmışdı. Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikrimcə, bu vəsait artırılmalıdır. Cənab Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar