Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Dilarə Kazımova çətin günlərindən danışdı: "Atam vəfat etdikdən sonra..."

Baxılıb: 785     Tarix: 14-11-2018 17:01   

Müğənni Dilarə Kazımova atasının vəfatından sonra həyat eşqinin azaldığını, hətta Allaha olan inancını itirdiyini etiraf edib.
Ulduz bu barədə "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışıb. Atasının vəfatından sonra ağır günlər yaşadığını deyən Dilarə Kazımova kədərini belə ifadə edib:
"12 yaşımda atam rəhmətə getdi, bu, mənim üçün böyük şok idi. Çünki atamı özümdən də çox istəyirdim. Bu hadisədən sonra özümü itirdim. O, öləndən sonra Allahdan küsdüm. Başa düşmədim ki, niyə atamı məndən aldı... 17 yaşıma kimi həyatda özümü tapa bilmədim, çox kədərli idim. 2-3 il qəbiristanlığa daimi olaraq getdim. Hətta atamın qəbri ən sevdiyim yer idi. Elə bilirdim ki, dünyada məni ondan başqa heç kim başa düşmür. Zamanla anladım ki, həyat dəyişə bilər...
Atam musiqini çox sevirdi. İstəyirdi ki, incəsənətlə məşğul olum. Böyük bağımız var idi, Uitni Hyustonun mahnılarını oxuyurdum. Bütün qonşular başıma toplaşırdı, hətta mahnı da sifariş verirdilər"

шаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/
Redaktor seçimi
Çox oxunanlar