Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xatun Fatimənin qızını döyüb?

Baxılıb: 689     Tarix: 23-11-2018 13:39   

Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyevanın onun ünvanına dediklərinə cavab verib.
Qanunvehedef.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi qalmaqal yaşadığı Xatunun "Fatimə hər zaman tələsir. Özü mənə deyirdi ki, xına aparmağı öyrət mənə" sözlərinə əsəbiləşib. Rəqqasə "Hər şey daxil" proqramında deyib ki, efirlərdə qalmaqallı danışmağına peşman olub:
"Deyir ki, hər zaman tələsir. Tələsmirəm, səbrli insanam. Amma məni özləri məcbur etdi. Mənə reklam lazım deyil. Özüm özümə baxmağa utanıram ki, belə danışıram. Azərbaycan xanımına efirdə belə təqdim etmək yaraşmır. Məni tanıyan bilir ki, zəhmətlə, pillə-pillə işləmişəm qalxmışam. Bütün dünyanı gəzib, dekor gətirmişəm. Qarşı tərəf deyir ki, demişəm, mənə xına aparmağı öyrət. Get məktəb aç, gələk".
Telefonla zəng edən Xatun fatiməyə sərt cavab verib:
"Nə məsələ idi ki, gəldi məhkəməyə çıxdı? Şou-biznesdə qanunlarla oynayır. Bizdə məhkəməyə verənə "demoqoq" deyirlər. Bilmədən düşdüm şər-böhtana. Adamın arasında söz-söhbətlər olur, nəsə olursa, əzizlərimizə görə susuruq. Oğlum əsgərlikdədir, ona görə danışmıram. Övladımı efirə çıxarıb onla bəyəni qazanmıram. Fatma, özün boyda qızın var, məhkəmələrə gedib çıxmazdın. Onun iddiası rədd edildi, bəli. Kim məhkəməyə verirsə, demək, şou-biznesin ən çirkab nöqtəsinə gəliblər".
Fatimə isə "Məhkəməyə getməyimin səbəbi, anamı, yoldaşımı, uşağımı söyməyidir. Onu Allahın məhkəməsinə buraxmışam. Aydanı necə əziyyətlə böyütmüşəm. Uşaq böyütmüşəm ki, gəlib kimsə ona əl qaldırsın, lazımsız sözlər desin? Uşağım psixoloji xəstəlik tapıb. Miqren olub. Vallah, yalın danışmıram, rol oynamıram" cavabını verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar