Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Afaq Bəşirqızı Rasim Balayevin sərt sözlərinə MÜNASİBƏT BİLDİRDİ: "Yeni doğulmuş uşaq..."

Baxılıb: 804     Tarix: 29-12-2018 12:21   

Xalq artisti Afaq Bəşirqızı komediya filmlərini bəyənmədiyini deyən həmkarı Rasim Balayevin fikirlərinə münasibət bildirib.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, aktrisa Azərbaycan kinosunu yeni doğulmuş uşaq adlandırıb:
"Kino sahəsində çalışan hər kəs Azərbaycan Kinostudiyasının hazırda hansı vəziyyətdə olduğunu gözəl bilir. Odur ki, əsas mənbəni nəzərə almaq lazımdır. Keyfiyyətli filmlər harada və necə çəkilsin?
Kommersiya filmləri haqqında ümumi ictimai rəy kimi danışmaq mənim üçün çətin məsələdir. Hər halda o, kino sahəsini məndən qat-qat yaxşı bilir. Çünki Rasim bəy sırf kino aktyorudur. Yəqin ki, onun bu fikri bildirməkdə bir əsası var".
Xatırladaq ki, Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son vəziyyəti ilə əlaqədar olaraq bunları demişdi:
"Bütün sahələrdə, o cümlədən "Bozbash Pictures" tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var"шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar