Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hava şəraitinə görə bu teatrda tamaşalar təxirə salındı

Baxılıb: 617     Tarix: 18-01-2019 15:37   
Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət ocaqlarında, konsert və tamaşalar nümayiş olunan zallarda artıq lazımi ehtiyat tədbirləri görülüb.
Bunu Qanunvehedef.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.
Onun sözlərinə görə, mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb: "Bununla yanaşı, azyaşlıların belə bir havada bayıra çıxması məsləhət görülmədiyindən Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bu günə olan 12:00, 14:00 və 16:00 tamaşaları da təxirə salınıb”.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi” barədə qərar qəbul olunub. Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar