Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rəmişin son durumu - Xanımı danışdı

Baxılıb: 839     Tarix: 28-01-2019 11:29   

Rafiq Hüseynovun (Rəmiş) səhhəti xəstəxanaya yerləşdiriləndən sonra nisbətən yaxşılaşıb.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı Gülü Hüseynova deyib. O, sənətçinin 5 gündür xəstəxanada yatdığını bildirib:
“Rəmiş hazırda Badamdarda xəstəxanada müalicə alır. Ağciyərindəki problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. Xoşqədəm Hidayətqızının himayəsi altında müalicəsinə davam edir. Həkimlər deyir ki, vəziyyəti yaxşıya doğru gedir. Nə vaxt evə buraxılacağını bilmirik. Ağciyərində oksigen çatmırdı deyə, nəfəs ala bilmirdi. İndi səhhəti nisbətən stabilləşib”.
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün öncə qonaq olduğu “Səni axtarıram” verilişindən birbaşa xəstəxanaya yerləşdirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar