Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xalq artistindən Hacı Nurana: "Ailə həyatı qur ki, ananın ruhu şad olsun" (FOTO)

Baxılıb: 659     Tarix: 01-02-2019 13:05   

Xalq artisti Həmidə Ömərova tanınmış aparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynovu doğum günü münasibəti ilə təbrik edib.
Qanunvehedef.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, Xalq artistinin təbriki izləyicilərini təsirləndirib.
Belə ki, Hacı Nuranla fotosunu paylaşan H. Ömərova onun ünvanına bunları yazıb:
"Bu gün mənim "2-ci oğlum" Hacı Nuranın ad günüdür. Bayaq efirdə deməyə imkanım olmadı. İndi deyim. Bu ayın 31-i cümə axşamına düşdü. Təxminən 15-16 il əvvəl Nuranən anası Nailə xanım (Allah ona qəni-qəni rəhmət eləsin) mənə zəng vurub dedi ki, "Nə olar, Nuranı yola gətirin, evlənsin, ailə həyatı qursun, tyək qalmasın". O vaxtdan hər il mən sənə ailə həyatı qurmağı tövsiyyə edirəm. Qulaq asmırsan. Bu il ad günün cümə axşamına təsadüf etdi və rəhmətliyin o telefon danışığı yadıma düşdü. Nə olar, ailə həyatı qur. Efir, şöhrət heç vaxt ailəni əvəz edə bilməz. Aile həyatı qur ki, rəhmətlik ananın ruhu da şad olsun".
Qeyd edək ki, yanvarın 31-də Hacı Nuran Hüseynovun 42 yaşı tamam olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar