Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Deputat bu dəfə Qovlarda Kitab Günü keçirdi – Foto

Baxılıb: 486     Tarix: 13-02-2019 13:40   
Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində də məktəblilər üçün Kitab Günü keçirib.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili məktəbliləri daha çox oxumağa və daxili dünyalarını zənginləşdirməyə çağırıb.
Q.Paşayeva Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə verdiyi böyük önəmdən danışıb.
O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gənc orta məktəb illərindən Azərbaycan tarixinı və ədəbiyyatını yaxşı öyrənməlidir.
Deputat gənclər arasında elmə meyilliyin artmasının vacibliyi ilə bağlı məktəblilərlə söhbət edib və onların sualları cavablandırıb.
Millət vəkili onları zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa səsləyib: “Hesab edirəm ki, inkişafın yolu öyrənməkdən keçir”.
Q.Paşayeva valideynləri və müəllimləri gənclərin kitaba meylliyinin artması istiqamətində fəal olmağa çağırıb.
Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova təhsildə fərqlənən şagirdlərə hədiyyələr təqdim ediblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar