Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Atasının 40-ı çıxmamış oxuyan xalq artisti danışdı

Baxılıb: 570     Tarix: 21-02-2019 11:10   
Müğənni Mətanət Əsədovanın ad günündə əlimə pul verilməsini tənqid edənlər adət-ənənələrimizdən xəbərsizdirlər.
Bu sözləri Qanunvehedef.az xalq artisti Könül Xasıyeva Mətanət Əsədovanın ad günündə şabaş yığmasına görə onu tənqid edənlərə münasibət bildirərkən deyib.
Müğənni şabaş yığmağın təbii hal olduğunu bildirib:
“Başa düşmürəm, xanəndə oxuyanda nə verməlidirlər ki?! Pul verirlər də. Nə istəyirlər, qoy desinlər. Xanəndə oxuyanda şabaş verərlər”.
Müğənni atasının 40 mərasimi çıxmamış ad günü məclisində oxumasına etiraz edənlərə isə belə cavab verib:
“Gülyanaq xanım atasının 40-ı çıxmamış mənim yubiley gecəmdə oxudu. Biz göbək açıb, rəqs etmədik ki! Muğamımızı oxuyub getdik. Bu bizim işimizdir”.
Qeyd edək ki, müğənni Mətanət Əsədovanın ad günündə oxuyan xalq artisti Könül Xasıyeva sosial şəbəkələrdə sərt tənqid olunur. Onun mərhum atasının 40 mərasimi keçməmiş oxuması və məclis iştirakçılarının verdiyi şabaşı qəbul etməsi birmənalı qarşılanmayıb.шаблоны для dle 11.2