Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Lalə Məmmədovanın zəncirvari plagiat qalmaqalı - Tarkan, Fərhat...

Baxılıb: 1 022     Tarix: 27-02-2019 11:45   
Əməkdar artist Lalə Məmmədova bir neçə gün bundan əvvəl "Çiçək" adlı klipini təqdim edib. Lakin həmin layihə çıxan gündən müzakirə olunmağa başlayıb.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, musiqisi Nadir Əzimov, sözləri Rüstəm Behrudiyə məxsus mahnının plagiat olduğu iddia edilib.
Belə ki, sözügedən bəstənin Türkiyənin pop ulduzu Tarkanın "Çok ağladım" ( sözləri Ayça Z. Aydın (Miya), musiqisi Murat Matthew Erdem) mahnısından bəhrələndiyi qeyd olunub.
Hər iki mahnının girişindəki bənzərlik diqqətdən yayınmayıb. "Çok ağladım"ın aranjimanını Ozan Çolakoğlu, "Çiçəy"inkini isə Givi Usenaşvili edib.
Maraqlısı odur ki, əslində sözügedən bəstələrin hər ikisi müəlliflərinə aid deyil.
Əvvəlcə həmin musiqini ilk dəfə İran müğənnisi Mehdi Ahmadvandın ("Dorooghe") səsləndirdiyi iddia olunsa da, əslində arajimanın Volga Tamözə məxsusdur.
O, 2015-ci ildə mahnını "Düştüm Ben Yollara" adı ilə Fərhat Köçərlə duet şəklində təqdim edib.
Mahnının belə bir zəncirvari tarixi olduğu üçün onun əslində kimə məxsus olduğunu demək də çətindir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar