Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nazir: Kim belə qənaətə gəlibsə, yanlış düşünür

Baxılıb: 782     Tarix: 05-03-2019 15:34   

2018-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi bölünərək iki müstəqil dövlət təşkilatına çevrilməsi islahatların bünövrəsində duran əsas məsələlərdən biri idi.
Kult.az xəbər verir ki, bu sözləri M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət naziri Əbülfəs Qarayev incəsənət xadimlərinin dövlət başçısı ilə görüşündə müzakirə olunan məsələlərin həllinə dair keçirilən mətbuat konfransında deyib. O, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıqlardan danışıb:
“Mədəniyyət və iqtisadi xarakter daşıyan qurumun funksiyaları fərqlidir. Bu gün turizmdə gedən islahatlar məhz Azərbaycanın maliyyə dövriyyəsinə əlavə vəsaitinin gətirilməsinə, bunlardan daha səmərəli istifadə olunmasına yönəlmiş xüsusi strateji xətti yerinə yetirir.
Hesab edirəm ki, Mədəniyyət Nazirliyi son iki il müddətində eksperimental da olsa, kifayət qədər işlərin görülməsinə müvəffəq olub.
Bu yaxınlarda cənab Prezidentin verdiyi növbəti qərarla bağlı bu islahatların daha dərindən və geniş şəkildə aparılması barədə bizə konkret tapşırıqlar verilib. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu islahatların kiminsə işdən çıxarılması, iş yerlərinin azaldılması, bu şəbəkənin bağlanılması ilə heç bir əlaqəsi yoxdur. Kim belə qənaətə gəlibsə, yanlış düşünür. Çünki bu sistemin yenidən qurulması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müasir tələblərə cavab verən yeni nəslə uyğun şəkildə xidmətlərin qurulması barədə tapşırıqlar əyani olaraq bu sərəncamda öz əksini tapıb”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar