Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rasim Balayev görüşə niyə çağırılmadı? – Nazir üzr istədi

Baxılıb: 963     Tarix: 05-03-2019 15:53   

Rasim Balayevlə dostluq münasibətimiz var, biz illərdir bir-birimizi tanıyırıq.
Kult.az xəbər verir ki, bu sözləri bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev M.F.Axundov adına Milli Kitabxanada dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında xalq artisti Rasim Balayevin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də incəsənət və mədəniyyət xadimləri ilə görüşünə dəvət edilməməsinə aydınlıq gətirərkən çıxışında deyib.
“200-dən çox xalq artisti, 1300-dən çox əməkdar incəsənət xadimi, rəssam və yazıçı var. Sözsüz ki, onların hamısını dəvət etmək mümkün deyil. Növbəti görüşlərdə digər görkəmli incəsənət xadimləri, xalq artistləri, nüfuzlu bəstəkarlar və rəssamlar dəvət olunacaq. Bizə kim müraciət edirsə, onları hər zaman qəbul edirik. Sadəcə, bu formatda təşkil edilən görüşdə kimsə kənarda qalıbsa, üzr istəyirəm, gələn dəfə nəzərə alınacaq", - nazir bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar