Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Onlara maaşından daha çox pul verəcəm - Fərmanqızı danışdı

Baxılıb: 521     Tarix: 15-03-2019 12:20   

Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov işçilərini müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxarıb.
Kult.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı Unikal.org-a açıqlamasında deyib.
"Mənə bir nəfər İnstaqramda yazdı ki, baş həkim Nüşabə Ələsgərlinin qohumudur. Onun da mənimlə münasibətləri bu mahnıya görə pozuldu. Ya baş həkim Nüşabəyə yaxşı görünmək üçün bu addımı atıb, ya da o, bu videonu görəndən sonra baş həkimə nəsə deyib. Düzü, mən bu söhbətlərə inanmaq istəmirəm. Amma qanunvericilikdə belə bir şey yoxdur ki, işçi nahar vaxtı çəkdiyi videoya görə işdən çıxarılsın. Bunu Allah da götürməz ki, 5 ailəni bayramqabağı çörəyindən etsinlər. Mən onlara vəkil tutmuşam. Həmin səhiyyə işçilərinin hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət olunacaq. 4 yaxın dostuma demişəm, bir də özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyik. Bir də onu demək istəyirəm ki, məni bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Onlar getsinlər işləri ilə məşğul olsunlar. Mən erməni deyiləm ki, mənim üzərimə bu qədər gəlirlər."
Qeyd edək ki, A.Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada hind musiqisi üzərində oxumasını parodiya edərək, sosial şəbəkədə yayan 5 tibb bacısı işdən qovulub.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar