Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Əməkdar artist Almaz Ələsgərli haqqında bu xəbəri bilmirdiniz - Fotoları efirdə yayımlandı

Baxılıb: 764     Tarix: 17-03-2019 19:45   
Əməkdar artist Almaz Ələsgərli ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olub.
Aparıcı Günay ifaçı xanım haqqında çoxlarının bilmədiyi faktı açıqlayıb. O bildirib ki, Almaz xanım müğənniliklə yanaşı, aktrisalıqla da məşğuldur. O hətta Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. A.Ələsgərli xəbəri təsdiqləyib:
"1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil almışam. Hacıbaba Bağırov, Nəsibə Zeynalova kimi sənətkarlardan dərs almışam. R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişəm. Artıq 3 ildir ki, Musiqili Teatrda çalışıram".
Qeyd edək ki, 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb, 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub.
A.Ələsgərlinin teatr zamanı çəkilmiş fotolarını təqdim edirik:





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar