Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Bayaqdan əl-ayağım əsir" - Namiq Aydının vəfatından yazdı

Baxılıb: 646     Tarix: 24-03-2019 12:43   
Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
Qanunvehedef.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumatına görə, onun vəfatı sevənlərini, eləcə də sənət yoldaşlarını sarsıdıb.
"Instagram" hesabında mərhumla arxiv görüntülərini paylaşan meyxanaçı, müğənni Namiq Qaraçuxurlu bunları yazıb:
"İndicə aldığım məlumata görə meyxana sənəti bir sənətkarını da itirdi. Bayaqdan əl-ayağım əsir. Arzum var idi söz xiridarlar üçün yeni dəyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin. Kaş bu xəbər yalan olsun".
Qeyd edək ki, Aydın Xırdalanlı 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar