Məşhur müğənninin TÜKÜRPƏDƏN HƏYATI: dəfələrlə hücuma uğrayır, avtomobili yandırılır...
Baxılıb: 732 Tarix: 08-04-2019 08:27
Keçmiş köməkçisi vəzifəsindən ayrılandan sonra etiraf etdi ki, Meraya onu dəfələrlə döyüb alçaldırdı. Hətta digər assistenti işdən çıxanda bildirmişdi ki, müğənni ona yarım illik maaşını verməyib. Hələ bu harasıdır? Dünya onu filantrop (yəni xeyriyyəçi) kimi tanıyır. Səfalət içində yaşayan keçmiş narkoman bacısı isə şikayət edir ki, nə müalicəmə, nə də aclıqdan qurtulmağıma bir qəpik də qıyır. Eks-meneceri cinsi əlaqəyə məcbur edildiyinə, gəlirindən pay vermədiyinə görə pop-divanı məhkəmələrdə süründürmüşdü. Ötən il meneceri Stella ilə münasibəti yoluna düşsə də, Meraya qalmaqal kraliçası kimi adını tarixə yazıb. Elə bilməyin ki, o, tək qalmaqallarda birincidir. Son minilliyin ən uğurlu müğənnisi sayılır.
Qanunvehedef.az publika.az-a istinadən Meraya Kerinin həyatı haqda yazını təqdim edir. Dünyanın ən uğurlu müğənnisi, dəfələrlə Qremmi mükafatına layiq görülən, qızıl, platin albomların sahibi...
Bütün parlaq ulduzlar kimi Merayanın da doğuluşu qaranlıq gecəyə tuş gəlib. Uşaqlıq illəri mübaliğəsiz zülmət gecəni xatırladır. 1970-ci il martın 27-də Nyu-Yorkda yaşayan mühəndis Alfred Royla opera müğənnisi Patrisia Hikin sonbeşikləri doğulur. Yəqin anladınız ki, doğulan pop-diva idi. Yəqin onu da anladınız ki, şüşələri sındıran zil səsi anasından mirasdır.
Merayanı konkret bir irqə aid etmək doğru olmazdı. Atası Afrika mənşəli venesuelalı, anası isə irlanddır. Yəqin buna görə ekzotik kokteyli xatırladan Merinin səsi də, qanı da vulkan kimi qaynardır. Amma istənilən məqamın şirin və acı tərəfləri olduğu kimi bu ekzotikanın da ailənin zərərinə işlədiyi anlar var. Meraya və valideynləri dəfələrlə rasist qonşularının hücumlarına məruz qalırdılar. Hətta bir dəfə azğın qonşular onların itini zəhərləyib öldürürlər. Bir müddət sonra isə avtomobillərini yandırırlar. Bu da azmış kimi Keri ailəsində daha böyük ağrı yaşanır. Meraya cəmi 3 yaşında olarkən evin atası ailəni tərk edir. Həyatının ən böyük acısını da bu müddətdə yaşayır. Valideynləri boşanandan sonra bir müddət atası ilə əlaqə saxlasa da, vaxt keçdikcə münasibət buz kimi donur.
Atasızlıq Merini elə dərin depressiyaya salır ki, uzun müddət bu acıdan qurtula bilmir. Hətta 2002-ci ildə Alfred uzun sürən xərçəngdən dünyasını dəyişəndə, Meraya belə bir açıqlama verir: Ömür boyu atasızlıqdan əziyyət çəkmişəm. Etiraf edirəm atamdan doymadım.
Ayrılandan sonra övladlarının bütün yükü Patrisianın üzərinə düşür. İlk vaxtlar əlacsız ana bir neçə yerdə işləyərək uşaqlarını təmin etməyə çalışır, bəzən uşaqları da ona köməyə gedirdilər. Meri isə günlərlə evdə tək qalırdı. Bu tənhalıq balaca vulkanın həm xarakterini həm də səsini formalaşdırırdı. Meri dərslərindən geri qalır, ev qayğılarını anası ilə bölüşməkdən imtina edirdi. Bütün zamanını dostları ilə əyləncəyə xərcləyirdi. Həə... bir də qəmgin mahnılar bəstələyirdi. Yeri gəmişkən, deyim ki, pop-ulduz bu günədək yalnız öz mahnılarını ifa edib.
Yuxarı siniflərdə Meraya Ben Marqulislə tanış olur. Benin evində şəxsi səsyazma studiyası vardı. Meri zamanının çoxunu həmin studiyada mahnılarını lentə alaraq keçirdirdi. Dərsləri çox buraxdığına görə sinif yoldaşları onu gah peyda, gah da qeyb olan ilğım adlandırırdılar.
Bir gün anası evə yorğun qayıdanda, Merayanın səsini eşidir. Cuzeppe Verdinin məşhur "Rigoletto"sunu ifa edirdi.
Meraya bu hadisəni belə xatırlayır: "Uşaqlıqdan anamın gözəl səsini eşitmişəm. Opera müğənnilərini çox sevirəm, onların yüksək səviyyəli musiqi hazırlıqları var. Amma anam uzun müddət mənə musiqi dərsləri verdi və anladı ki, opera mənilik deyil. Mənim ruhum azaddır. Eyni musiqini hər dəfə müxtəlif cür ifa etməyi sevirəm. Həyatımın zərurəti azadlıqdır".
Meraya bu gün də anasına bağlıdır. Onlar bir-birini həm sənətdə, həm də həyatda tamamlayırlar. Patrisianın qızı ilə bir neçə duet ifası da var.
Amma biz hələlik Merinin həyatının erkən dövrünə qayıdaq. Məktəbdəki uğursuzluqları, sənət məhəbbəti yeniyetmə qızı Nyu-Yorkun qucağına atır. İlk vaxtlar Meraya bək-vokalda ifa edir, balaca kafelərdə ofisiantlıqla pul qazanır. Sərt xasiyyətinə görə nə az, nə çox 20 kafedən işdən qovulur. Gənc qız həyatının ən enerjili dövrünü tam xərcləyib məşhur olmaq üçün bütün gücünü səfərbər edir. Bir gün dostları Merayadan soruşurlar:
- Cənnəti necə təsəvvür edirsən?
- Bir cüt isti ayaqqabı şəklində.
Bəli, 2000-ci ildə minilliyin maddi baxımdan ən uğurlu müğənnisi seçilən, şəxsi adası, milyardlarla qonorarı olan pop-diva bir zamanlar il boyu cəmi bir ayaqqabıda gəzirmiş.
1990-cı ildə gənc qız Tommi Mottolla ilə tanış olur. Tanınmış prodüser Merayanın nəinki uğur talismanına, həm də ilk böyük məhəbbətinə çevrilir.
Əyləncə gecələrinin birində səs yazısını Tommiyə uzadıb gözdən itir. Mottola həmin gecə evə dönəndə, gənc qızın divanə səsini duyub heyran olur. Prodüser məktəbinin nəhəngi onu axtarıb tampağa iki həftə zaman sərf edir. Sonda öz Sindrellasını tapıb səsyazma studiyasına gətirir. 40 gün, 40 gecə fəqir Sindrella öz mahnılarını ifa edib "Mariah Carey" adlı ilk albomunu hazırlayır. Kompozisiyaların hip-hop hissəsini ifa etmək üçün Cey Zi, Basta Rayms, Snup Doq, Missi Elliott kimi məşhur reperlər dəvət olunur. İlk albomundan "Sindrella" 80 000 dollar qazanır.
Bir qadın həyatdan nə istəyir? Onu işində və eşqdə ilhamlandıran, maddiyatını təmin edən kişi. Bunların hamısı Tomminin timsalında cəm olmuşdu. Cütlüyün münasibəti günbəgün isinməyə başlayırdı. Qaynar həddə çatanda isə evlənməyə qərar verirlər. 1993-cü ildə baş tutan toydan sonra Mottolla gənc arvadının həyat idarəsini də öhdəsinə götürür. Hətta vegetarian olduğu üçün onu tənqid edir. Keri əqidəsi və əri arasında dilemma qarşısında qalıb, ikinci variantı seçir.
Amma tanrı-kölə münasibətinin ömrü qısa olur. Meraya bu qəfəsin içində son yarpağı solandan sonra ustadından ayrılır. Keçirdiyi mənəvi sarsıntı onu intihara sürükləsə də, möcüzə nəticəsində sağ qalır.
Merayanın ilk sənət addımlarında Uitni Hyuston onun kraliçası idi və bunu heç kimdən gizlətmirdi. Hər ikisinin ecazkar vokal imkanı onları müqayisə obyetkinə çevirdi. Beləcə, iki nəhəng səsin sahibi arasında qalmaqal yaranır. 1998-ci ildə Keri və Hyuston dueti nəinki aralarındakı söz-söhbətə, sanki dünyanın bütün savaşlarına son qoyur. 90-cı illərin uşaqları, yəqin mənimlə razılaşarsınız, "Misirin şahzadəsi" cizgi filminin bu saundtreki ən şirin dəqiqələrimiz idi.
Bu cütlüyün münasibətini romantik hesab edə bilərik. Hyustonun faciəvi intiharından sonra açıqlama verən Keri, onun timsalında böyük musiqiçini və rəfiqəsini itirdiyini bildirir.
Meraya bu dövrdə özünü aktrisa kimi də sınayır, reytinqli filmlərdə çəkilirdi. Amma yeganə ehtirası, sevgisi olan musiqini heç vaxt ikinci plana atmırdı. Bu arada deyim ki, Mottolladan sonra onun sevgi qapısını açan kişilərin arasında Eminemin də adı hallanır.
İllər keçir, Merayanın məşhurluğu külək kimi gah sürətlənir, gah da susurdu. 2008-ci ildə çəkilişlərin birində Nik Kenon adlı gənc reperlə tanış olur. Nik Meriyə duyduğu böyük rəğbətini və sevgisini heç vaxt gizlətmirdi. Hətta onu fanatı olduğunu dilə gətirməkdən də çəkinmirdi. 2008-ci ildə müğənni "Buy buy" mahnısına romantik klip çəkdirməyə qərar verir və Niki klipdə iştirak etməyə çağırır. Aralarında o qədər isti münasibət yaranır ki, 6 həftə sonra evlənmək qərarına gəlirlər.
Nik Kenon Merayadan 10 yaş kiçik idi, amma bu fərq onların məhəbbətinə əngəl ola bilməzdi.
Müsahibələrinin birində Keri deyir verir ki, qısa müddətdə sevgili olmalarına rəğmən Nik onun həyatının kişisidir və bu nikah onu çox xoşbəxt edəcək.
Aşiqlərin toyu müğənninin Baham adalarındakı şəxsi adasında baş tutur. Bir-birinə əbədi məhəbbət və sədaqətə söz verən Meraya və Nik çiyinlərində də adlarını döydürürlər.
Toydan sonra Nik müsahibəsində bu sözləri deyir: "Hamı bilir ki, arvadımı dünyadan çox sevirəm. Belə superməşhur, gözəl qadının əri olmaq hər kəsə nəsib olmur. Hətta bəzən elə bilirəm ki, alnımda "Meraya əbədi mənimsən" yazılıb.
Nikə inansaq cütlük arasında ilk intim yaxınlıq da toydan sonra olmuşdu:
O, əsl qadındır. Məni toyadək gözlətdi".
İctimaiyyəti isə iki məsələ narahat edirdi - Merayanın ərindən 10 yaş böyük olması və cəmi 6 həftənin içərisində baş tutan rəsmi nikah mərasimi. Hər kəs düşünürdü ki, pop-diva üçün bu ailə də, əri də bahalı aksesuardır.
Eşqdən doğulan ailə başqa nə istəyə bilər? Məhəbbətdən dünyaya gələn körpələr... Ancaq Merayanın sonsuzluğu ona ana olmağa izn vermirdi. Uzun müddət süni mayalanma ilə hamilə qalmağa cəhd edən diva sonunda sevgilisinin və özünün ən böyük istəyini gerçəkləşdirir. 2011-ci ildə Kenon ailəsində müxtəlif irqləri daşıyan iki körpə doğulur. Qıza Monro, Oğlana Morokkan Skott adı verirlər. Monro əfsanəvi Merilinin, Morokkan isə cütlüyün sevişdiyi Mərakeş tərzli yatağın şərəfinə belə adlandırılırlar.
Körpələr dünya gələndən sonra diva müsahibəsində bildirir ki, əri istəsə də, özü bir daha ana olmağa hazırlaşmır:
"Hamilə olanda, vücuduma nifrət etdim, çox kilo aldım. Hər kəsdən, hətta Nikdən də qaçırdım ki, məni çılpaq görməsin. Özümə yenicə gəlməyə başlamışam. İki övladım ailəmizə bəs edir".
Niklə Merinin həyat kitabı nağıl kimi vərəqlənirdi. Lakin Kafkanın da dediyi kimi, dəhşətsiz, vəhşətsiz nağıl olmur. Get-gedə mediada ailənin çətin anlar yaşaması ilə bağlı məlumatlar yayılmağa başlayırdı. Ulduz cütlük isə birgə şəkillərini sosial şəbəkələrdə yayaraq xəbəri ifşa edirdi.
Amma günlərin bir günü yatmış vulkan püskürdü. Bütün dəhşət Nikin dəvət aldığı radio verilişdə etiraflarından sonra başladı.
Aparıcı Nikdən daha öncə hansı məşhurlarla intim əlaqəsi olub-olmadığını soruşur. Nik isə cavabında: "Bura Los-Ancelesdir, insanların ən yaxşı bildikləri şey gecə həyatını doya-doya yaşamaq, klublara gedib müğənnilər, modellər və aktyorlarla sevişməkdir. Hətta həmin gecələrdə cinsi əlaqədə olduğum ulduzların adını çəkə bilərəm - Nikol Şerzinger, Kim Kardişyan və təbii ki, həyat yoldaşım" deyir. Ərinin bu etirafı Merayanı elə hiddətləndirir ki, onu evdən qovur.
Amma gəlin, etiraf edək, 6 illik nikah bir quru etirafla dağıla bilməzdi. Psixoloqların da dediyi kimi, bu dövr ailə həyatının ən kritik ili sayılır. Demək ki, qazan çoxdan daşıbmış. Nikin dostları Merayanı ərinin həyatını cəhənnəmə çevirdiyini deyirdilər. Hətta həyat yoldaşını qorumaq deyil, sırf izlətmək, addımlarından xəbərdar olmaq üçün bir neçə cangüdən tutduğunu da bildirirdilər. Hər şeyi öz idarəsində saxlayıb ərini hətta divarlara qısqanana diva bu hərəkətilə keçmiş ərinin eqoistliyini təkrarlayırdı. Merayanın idarəçilik sistemi isə Niki dəli edirdi.
Möhkəm qalanı çökdürən əsas səbəblərdən biri də Merayanın əkizlərdən sonra uşaq istəməməsi idi. Hətta bir dəfə - övladımız bir şərtlə ola bilər ki, Nik məndən hamilə qalsın-demişdi.
Meraya sonradan etiraf etdi ki, hamiləlik dövründə bir çox təhlükəli halla üz-üzə qalıb, səhhətində problem yaşanıb və bu vaxtlarında Nik onu tək qoyub.
Qalmaqal dönəmində Nikin Meriyə xəyanətini isbatlayan bir sıra videolar yayılır. Bu dəfə reper DJ-in rahib atası işə qarışır. Mənim oğlum arvadını ilahiləşdirmişdi. Ona heç vaxt xəyanət edə bilməzdi, deyir.
Nifaq qızğınlaşanda, Ceyms ata xristianlıq haqda özünün yazdığı kitabdan sitatlar gətirərək sosial hesabından cəmiyyətə müraciət edir: "Sizə sual verirəm - əgər kişi xanımı ilə sevişmək istəmirsə, qadın nə etməlidir? Qadın kökəlib 100 kq olub, kişi isə qarşısında şumal, zərif qadın görmək istəyir. Kişi 10 uşaq istədiyi halda, qadın ikisi ilə kifayətlənir. Çıxış yolunu siz deyin...".
Tezliklə Ceyms həddini aşdığını anlayıb yazdıqlarını silir. Amma artıq gec idi. Onun iddialı fikirləri bütün mətbuata yayılmışdı. Meraya həyatının ən çətin anlarını bəlkə də həmin dövrdə yaşadı. Nikdən rəsmi ayrılandan sonra həyatı alt-üst oldu. Hətta ən böyük xəzinəsi olan səsini itirdi. Bir müddət sonra səsi geri dönsə də, ailə xoşbəxtliyini qaytara bilmədi.
Bu hadisədən sonra Nik efirə çıxıb arvadı ilə həyatın cəhənnəmə çevrildiyini bildirir. Bugünədək psixoloji sarsıntıdan başını itirdiyi qadınla bir evi bölüşdüyünü, övladlarının taleyindən narahatlığını dönə-dönə vurğulayır. Sanki superulduz, "əbədi mənimsən" deyib başına pərvanə olduğu Meraya ilə təsvir etdiyi bədheybət fərqli insanlardır. Həmin vaxt hər kəs bu etiraf haqda müxtəlif fikir səsləndirirdi. Əslində isə Nik artıq ulduzuna toxunmuşdu. Onu ovcunun içərisində saxladığı üçün bütün marağını itirmişdi. Odur ki, milyonlarını önünə səpən arvadından ayrılmaq, yeni əyləncələrin ardınca qaçmaq istəyirdi. Xüsusən də artıq parıltısını itirən ulduzdan ona 500 milyon dollar pul qala bilərdi.
Bəli, Meraya son 1000 ilin ən gəlirli pop divasıdır. Dünyanın bir çox nöqtəsində evləri, villaları, şəxsi adası, təyyarəsi var. Hətta sevimli 6 itinə təmin etdiyi həyat şərtləri çoxumuzun qibtə mənbəyidir. İt deməyə dilim gəlməyən bu şanslı fövqəl-təbii varlıqların onlarla dayələri, şəxsi aşpazları var. Hər ilin yay aylarında isə Merayanın şəxsi təyyarəsinə minib heyvanlar üçün nəzərdə tutulmuş ən bahalı otellərdə istirahətə gedirlər.
Belə xəzinədardan boşanan gənc ər təbii ki, bütün çirkin simasını ortaya qoyub nəzir istəyəcək. Özü də nə az, nə çox yarım milyon dəyərində. Nik anlayırdı ki, uşaqları anasından ayırmaq doğru deyil, bir yandan da keçmiş arvadını suçlamaq üçün daha çox səbəbə ehtiyacı vardı. Meraya 10 milyona satdığı villasının pulunu Nikin cibinə qoyub, canını qurtarmağı bacarır.
Diva dərin depressiaya dənizində sağ qalmağa çalışırdı. Orqanizmini də, hisslərini də incidib özünü unutmağa çalışırdı. Artıq kökəlib 120 kq olmuşdu.
Amma vaxtında özünü ələ alıb həyatını sahmana salmağı bacarır. Mədəsini kəsdirib, sağlam qidaya keçir. İdman və diet sayəsində 50 kq-dək arıqlayır. Bu gün pop-diva yenə 90-cı illərdə olduğu kimi işıq saçır.
Niklə rəsmi boşanma ərəfəsində Merayanın üzünə günəş şəfəqləri yenidən gülməyə başlayır. Avstraliyalı milyarder Ceyms Parkerlə qarşılaşır. Cütlük tanış olanda divanın 46, yeni aşiqinin isə 48 yaşı vardı. Meraya kimi sərvət üstündə oturan qadın pulları sağa-sola səpməyə vərdişli idi. Lakin bu dəfə özünü əbləh kimi göstərmək istəmirdi. Ceymsin pullarını havaya sovururdu. Niklə rəsmi boşanma ərəfəsində görüşməyə başlayan cütlüyün dəbdəbəli toy planları da bu səbəbdən puç oldu. Belə ki, milyarder sevgilisi tezliklə Merayanın onu müflisləşdirib səfil milyonçu edəcəyindən qorxaraq kənara çəkildi. Toy, düyün arzuları da beləcə puç oldu. Bu dəfə isə 10 milyon nəziri Ceyms nişan üzüyü qismində divanın ovcuna basdı. Elə o günlərdə Meraya Nikdən də rəsmi boşandı.
2016-cı ildə müğənni özünü yenidən gənc oğlanın ağuşuna atır. Bu dəfə seçimi onunla birgə çıxış edən musiqi qrupunun rəqqası 35 yaşlı Brayn Tanaka olur. Ümumiyyətlə, fikir vermisinizsə, pop-divaların özlərindən yaşca gənc rəqqaslarla eşq romanı yazmaq trendi var.
Hazırda Meraya gənc sevgilisindən ilhamlanıb daha gözəl və təravətli görünür. Övladlarının məsuliyyətini keçmiş əri Niklə yarıbayarı bölür. Yaradıcılığına qaynar xətt üzrə davam edir. Bir zamanlar narkotik aludəçisi olmuş bacısını səfillikdən qurtarmaq üçün bir sent də xərcləmir. Qastrol proqramları ilə dünya turuna çıxır və hər bir konsertdən öncə bol təmiz hava ilə dolu otaqda 15 saat yatır.
Əvvəldə də dediyim kimi, diva həm də xeyriyyəçidir. Milyonlarla kasıb ailələrə yardım edir. Meraya deyir ki, kilo aldığı dönəmdə televizordan gördüyü cansız, zəif uşaqlara baxıb çox ağlayırmış:
"Bəli, mənim ən böyük xəyalım arıqlamaq idi. Amma o körpələr kimi zibilli, milçəkli səhralarda bir qurtum suya möhtac şəkildə yox".
Təəssüf ki, həyatın zəhər gerçəyi budur, əziz Diva. Sənin sevimli itlərin 5 ulduzlu otellərdə dincəlməkdən doyduğu gün, pıtraqlaşmış saçlarından kir axan yalavac uşaqların da qarnı doyacaq.

Ən çox oxunanlar
Son xəbərlər