Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əməkdar artist dünyasını dəyişən həyat yoldaşını andı: "APAR MƏNİ YANINA"

Baxılıb: 903     Tarix: 30-04-2019 12:01   

Əməkdar artist Gülbahar Şükürlü mərhum həyat yoldaşı Zahid bəy haqda paylaşım edib.
Qanunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, paylaşdığı fotoda toylarının ildönümü olduğunu qeyd edən qarmon ifaçısı həyat yoldaşı üçün darıxdığını bildirib:
"Başımın tacı, bu gün bizim toy günümüzdür. Sən hər zaman bu günü elə çox sevirdin ki... Bəs indi? Sənə qurban olaram ay Zahid. Hər kəs məni danladı ki, sənətinlə məşğul ol, evdə oturma. Az ağla, az sızla. Balaların var. Allah hamının canını sağ eləsin, amma mən səni istəyirəm Zahid. Səni bu qədər çox istədiyimi indi başa düşürəm. Bütün gücümü aparmısan. Səsin qulağımdadır. Yəqin sən məni çox istəmirsən. Yoxsa yanımda olardın. Qurban olum apar məni yanına. Bura mənlik deyil. Yanına istəyirəm. Çox çarəsizəm. Ürəyim qan ağlayır. Yalandan gülməyi bacarmıram".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar