Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Aparıcılığa başlayan aktyor: "Həddən artıq gülüş şitliyə aparır"

Baxılıb: 589     Tarix: 22-05-2019 11:11   

Tanınmış aktyor Rəşat Kəsəmənli yenidən aparıcılığa başlayır.
Yenicag.az-a açıqlama verən Rəşat yeni verilişindən danışıb:
"Altı illik aparıcılıq təcrübəm var, buna görə də bu iş mənim üçün yeni deyil. ARB-də yeni verilişimizin adı "Bir arzu ilə" adlanır. Verilişi Arzu Həmzəyeva ilə birgə təqdim edəcəyik. Kütləni, onun maraqlarını nəzərə almışıq. Həm maarifləndirici, həm düşündürücü, həm də əyləncə daxil hərtərəfli veriliş olacaq. Təbii ki, aparıcı olaraq, mənim də məqsədlərim var. Həddən artıq ciddilik insanları bezdirir, həddən artıq gülüş isə şitliyə aparıb çıxarır. Buna görə də elə etmək lazımdır ki, kütlənin marağına xidmət edəsən. Aparıcı kimi məqsədim kütləni maarifləndirmək, Azərbaycan dilinin qanunlarına hörmətlə yanaşmaq, səlis danışmaq və izləyiciləri qıcıqlandırmamaqdan ibarətdir".
Qeyd edək ki, veriliş bu həftənin şənbə günündən etibarən efirdə nümayiş olunacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar