Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Ay dədə vay... Bunlar adamı öldürmək istəyirlər" - Rasim Balayev danışdı

Baxılıb: 683     Tarix: 29-05-2019 14:30   

Xalq artisti Rasim Balayev ayağının sınması barədə yayılan xəbərlərə əsəbləşib.
Qanunvehedef.az xəbər verir ki, sənətkar "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, belə məsələlərin xəbərə çevrilməsinin əleyhinədir:
"Ay dədə vay... Bunlar adamı öldürmək istəyirlər. Nə olub e? Adam yıxılar da. Deyəsən, yazmağa şey tapmırlar e. İstəyirlər ki, adamın ölümünü də birinci xəbər versinlər. Saytlarının oxunmağ üçün belə şeyləri xəbərə çevirirlər".
Sənətkar bildirib ki, ayağı sınmayıb, sadəcə, burxulub:
"Ayağım evdə xalçaya ilişdi. Getdim rentgenə, dedilər ki, çıxıq yoxdur, burxulub. İndi maz sürtürəm. Onsuz da ayağımda problem var, normal addım ata bilmirəm, bəzən sol ayağımı sürüyürəm. Ayağımı sürüyəndə baş barmağım xalçanın qırağına ilişdi, yıxıldım".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar