Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycanlı aktrisadan ŞOK SÖZLƏR: "Ər deyilən məxluqun arvadını küçə qadını kimi geyindirib..."

Baxılıb: 503     Tarix: 21-06-2019 17:06   

Aktrisa Könül Yusifqızı yenidən səs-küylü açıqlaması ilə gündəmə gəlib.
Qanunvehedef.az xəbər verir ki, aktrisa bu dəfə açıq-saçıq geyinən ailəli xanımları və onların ərlərini tənqid edib. O, bu haqda "Facebook"da status yazıb."Mən açıq-saçıq geyimi normal qarşılayıram, amma ər deyilən məxluqun arvadını kücə qadını kimi geyindirib yanında gəzdirməyini heç cür anlamıram. Açıq gözəl geyim və kücə qadınının geyimi (fahişə geyimi) - bunlar fərqli geyimlərdir", - deyərək dilə gətirib.
O həmçinin əlavə edib ki, "Baxıram, Avropa və Rasiyadan gələn turistlər lap yarıçılpaq geyimdə olduqca təbii, sadə və gözəl görünür. Çünki geyimlərində vulqarlıq yoxdur. Onların açıq geyimi ilə bizimkilərin aciq geyimi arasında yerlə göy qədər fərq var.
Bizimkilərin bu kücə qadını geyimindəki arvadın yanındakı əri başa düşə bilmirəm ki, bilmirəm. Bunun müasirliklə heç bir əlaqəsini də tapa bilmirəm. Məni başa salın, bəlkə bilmədiyim bir şey var?"шаблоны для dle 11.2