Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Siqal türk jurnalistlərin başına oyun açdı

Baxılıb: 585     Tarix: 02-07-2019 10:14   

Dünya şöhrətli aktyor Stiven Siqal həyat yoldaşı Erdenetuya ilə Bodruma yollanıb.
Axşam.az xəbər verir ki, sənətçi verdiyi təlimatlarla türkiyəli jurnalistləri çətin vəziyyətə salıb.
Belə ki, o, öncə hava limanında gözləyən media nümayəndələrinin uzaqlaşdırılmasını tələb edib. Daha sonra gəldiyi oteldə jurnalistlərin olduğunu görən Siqal avtomobildən enməyib.
Kameraların bağlanmasını istəyən aktyor oteldə gözləyərək, müxbirlərin getməsini istəyib.
Onlar oteldən çıxarılandan sonra isə S.Siqal otağına getmək üçün avtomobilin gəlməsini sifariş verib. Maşın gələndən sonra yenidən jurnalistləri görən sənətçi bu dəfə də çölə çıxmaq istəməyib. Sürətlə avtomobilə minən Siqal mühafizəçilərdən fotolarının çəkilməsinin qarşısının alınmasını tələb edib.
Qeyd edək ki, aktyor iki gün Bodrumda qalacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar