Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Brilliantın ulduzu sönüb..."

Baxılıb: 520     Tarix: 08-07-2019 10:15   

Prodüser Təranə Səmədova "ATV maqazin onlarla" proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.
Qanunvehedef.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Onlarla 3 dəqiqə" rubrikasının 33 sualına cavab verib. Təranə verilişdə həbsxana həyatından, iki illik sevgilisindən və şou-biznesin hazırkı vəziyyətindən danışıb.
O, əvvəlcə ulduzu sönən məşhurlar mövzusunda verilən suala hər kəsi təəccübləndirəcək cavab verib.
Prodüser Xalq artisti Brilliant Dadaşovanı sözügedən siyahıya daxil edib:
"Brilliant Dadaşovanı həddindən artıq sevirəm. Amma bu günkü gündə gündəmdə deyil, ulduzu sönüb, parıldamır. Elə sənətin sahibi irəli gedir ki, baxıb deyirlər ki, işləməklərinə gərək qalmır".
Bundan əlavə, T. Səmədova iki "Eurovision" ulduzu Səmra Rəhimli və Dilarə Kazımova haqqında da danışıb. Təranə bildirib ki, Dilarə geyimlərini daşıya bilmir: "Səmra Rəhimlini bəyənirəm. Dilarə Kazımovanın ifaları xoşuma gəlir. Amma müəyyən geyimlər geyinir, əynində bahalı görünmür, daşıya bilmir".
Prodüser hazırda ölkənin bir nömrəli ulduzunun adını da açıqlayıb: "Bu gün ən populyar ulduz mənim üçün Röya Ayxan, respublika üçün isə Damladır".
Təranə müsahibəsi zamanı müğənni Zenfira İbrahimovanı da tənqid edib: "Zenfira İbrahimovanın gözəl sənəti var, Alim Qasımovun tələbəsidir. Amma bayağı danışır".шаблоны для dle 11.2