Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərə getməyə hazırlaşan "Keyxanım" SON QƏRARINI VERDİ

Baxılıb: 707     Tarix: 22-05-2018 12:05   

İyunun 18-də ailə quracaq “Keyxanım” adı ilə tanınan aktrisa Ülviyyə Əliyeva özəl günü barədə təəssüratlarını bölüşüb.Qanunvehedef.az-a açıqlama verən 37 yaşlı aktrisa bildirib ki, toyu mediaya qapalı olacaq: “Hər zaman mediaya böyük hörmətim olub. Mənə dəstək olmusunuz. Amma toyumda çəkiliş olmayacaq. Artıq bunu ilk dəfə rəsmi olaraq açıqlayıram. Yəqin ki, bir çoxları mənim bu şərtimi anlayışla qəbul edəcək. Çünki toyumuzda elə adamlar olacaq ki, onlar videoda və şəkillərdə yer almaqlarını istəmirlər. Artıq toyumun hazırlıqlarına başlamışam, 5 dəqiqə belə boş vaxtım yoxdur. Allah hər bir subay insana toy nəsib etsin”. 
Qeyd edək ki, "Keyxanım" adı ilə tanınan aktrisanın gələcək həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.
 



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar