Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Ölsəm bağışla” filminin ulduzu 30 il sonra - Foto

Baxılıb: 897     Tarix: 26-07-2019 12:38   

Hə...artıq 49-u haqladım, 50-yə heç nə qalmayıb. İndi bunu özümə tez-tez ucadan söyləyəcəyəm. Sonra da içimdən gələn səsləri dinləməyə çalışacağam. Görüm daxilimdə nə dəyişib.
Publika.az xəbər verir ki bu sözləri aktrisa Gülzar Qurbanova doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Dünən 49 yaşını qeyd edən məşhur sözlərinə belə davam edib:
"Əlimdən gələn qədər açıq, düzgün, səmimi olmağa cəhd edəcəm. O dünyanı fikirləşərək əməllərimi saf-çürük edəcəyəm. Yunus Əmrə demişkən "Bir mən vardır, məndən içəri". Həmin məndən içərimdəki mənə yaxınlaşıb, onunla qovuşmağa cəhd edəcəyəm. Və...sonra da əldə etdiyim bütün uğurlara, uğursuzluqlara, sınaqlara, qazandıqlarıma, itirdiklərimə, sevincimə, kədərimə, hər açılan səhərimə, yaşadığım bu həyat üçün Allahıma şükürlər edəcəyəm. Və sonra da dünyanın hər küncündə hər kəsə səslənəcəm: hər millətə, hər irqə, hər dinə. SİZİ SEVİRƏM, DUA EDİN!"
Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.
Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən danışır. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar