Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şou-biznesin məşhur xanımlarının "təkqollu" sevgililəri — FOTOLAR

Baxılıb: 502     Tarix: 30-07-2019 10:38   

Son günlərdə Azərbaycan şou-biznesin bəzi qadın nümayəndələri sevdiyi şəxslərlə gündəmə gəlir.
Qanunvehedef.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, kimisi ərinin, kimisi də münasibətini rəsmiləşdirmədiyi sevdiyi bəyin fotosunu paylaşır.
Amma onlar bunu sanki bir trendə çeviriblər. Belə ki, paylaşılan fotolarda izləyicilər şou-biznesin xanım nümayəndələrinin sevdiyi şəxsin simasını görə bilmirlər. Şəkillərdə sadəcə kişilərin yalnız bir bədən üzvü düşür ki, o da xanımın sarıldığı ya qoldur, ya da tutduğu əl... Buna görə onları sevdiyinin başını "kəsən" şou-biznes nümayəndələri də adlandırmaq olar.
"Təkqol" trendinə son zamanlarda daha çox üstünlük verən müğənni Şəbnəm Tovuzludur. İzləyiciləri ifaçının həyat yoldaşı olan və israrla hamıdan gizlətməyə çalışdığı Hacısının yalnız sol qolunu görüblər.
Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini fərqli üslubda oxuyaraq gündəmə gəlməyi bacaran Afət Fərmanqızı da "qonşudan qalma dala" prinsipinə əməl edərək, izləyicilərinə sevdiyi bəyəfəndinin yalnız sol əlini çəkib göstərib. Deyilənə görə, Afətin də əri Hacıdır...
Uzun zamandır sevgilisiz qalan aktrisa-model Pərvin Abıyeva da son paylaşımı ilə gündəmə gəlib. O da naməlum kişinin sol qoluyla şəkil paylaşaraq izləyicilərini düşündürməyə vadar edib. Deyilənə görə, bu şəxs Pərvinin sevgilisidir və cazibədar aktrisa onu ictimaiyyətdən gizlətməyə çalışır.
Müğənni Günay İbrahimli də sevgilisini ictimaiyyətdən gizlətməyə üstünlük verən şou-biznesin xanım nümayəndələri arasındadır. O da vaxtı ilə "təkqollu" paylaşımları ilə diqqət çəkib.
Rəqsanə İsmayılova da əvvəllər Rusiyada yaşayan ərini kimliyini gizlətməyə üstünlük verib. Lakin sonradan onun həyat yoldaşının fotoları mediada yayılıb və ifaçının "sirri" hamıya bəlli olub. O, Fazil adlı şəxslə ailəlidir.
Rəqqasə Fatimə Fətəliyeva da uzun müddət evli olduğu bəyin kimliyini ictimaiyyətdən gizli saxlayıb. O, bunun səbəbini ərinin işi ilə əlaqələndirib. Fatimə Fətəliyeva hazırda Xəyal adlı bəylə evlidir.
Bir sözlə, şou-biznesin əksər xanım nümayəndələri münasibətdə olduqları şəxslərin gizliliyinin saxlanılmasına çox önəm verirlər. Təbii ki, bu da onların şəxsi həyatı, şəxsi seçimləridir. 



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar