Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Polşalı modelin Mahir sevgisi - Fotolar

Baxılıb: 627     Tarix: 02-08-2019 11:33   

Ötən günlərdə bir çox xarici mediada haqqında xəbərlər çıxan "Qarabağ" futbol klubunun oyunçusu Mahir Emreli bu dəfə məşhur model Edita Zayaçın maraq dairəsindədir.
Qanunvehedef.az-ın axşam.az-a istinadən məlumatına görə, 31 yaşlı polşalı model İnstaqramda Mahiri izləyir. Emreli də ona qarşılıq verərək, Editanı "follow" edir. Editanın Mahirə marağı isə əbəs yerə deyil.
Belə ki, 2001-ci ildən modelliklə məşğul olan Zayaç dünyanın bir çox brendləri ilə çalışıb. Bunun sayəsində məşhurlaşan model 2012-ci ildə polşalı futbolçu Yakub Jezniçakla tanış olub. Onlar 2016-cı ildə evləniblər. Lakin cütlüyün evlilik münasibəti uzun çəkməyib. Edita və Yakub bir neçə ay öncə boşanıblar. Jezniçak ayrılandan sonra Polşada "Candy Girl" kimi tanınan Barbara Hetmanska ilə sevgilidir.
Hazırda "Wisla Plock" klubunda oynayan Yakub 2017-2019-cu illərdə "Qarabağ"ın heyətində performans göstərib.
Maraqlı məqam odur ki, Edita və Yakub boşansa da, model hələ də İnstaqramda Jezniçak soyadını daşıyır.
Subay modelin Mahir Emreliyə maraq göstərməsi isə diqqətdən yayınmır. O, 22 yaşlı futbolçumuzun fotolarını "like"sız qoymur. Həmçinin, millimizin oyunçusu da onun seksual pozlarına biganə yanaşmır.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar