Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Səyyar ASAN xidmət 10 məntəqədə

Baxılıb: 728     Tarix: 21-05-2018 10:31   

Rayonlar üzrə səyyar ASAN xidmət davam edir. Bu barədə Qanunvehedef.az-a Asan Xidmətin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, səyyar ASAN xidmət mayın 25-dək Şabranda, mayın 30-dək Biləsuvar, Zaqatala şəhərlərində, mayın 26-dək Ağstafa rayonunda, iyunun 6-dək Xırdalan şəhərində, iyunun 9-dək İmişli rayonunda, mayın 25-dək Buzovna qəsəbəsində, mayın 29-dək Samux şəhərində, iyunun 14-dək Ağcabədi şəhərində, iyunun 22-dək Salyan şəhərində  vətəndaşlara səyyar formada xidmət göstərəcək. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti:

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi:

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi:

Sürücülük vəsiqələrinin dəyişdirilməsi:

Əmək pensiyalarının təyin edilməsi:

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi:

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi:

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar