Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xoşqədəmin göndərişi rədd edildi: 88 yaşlı kişi…

Baxılıb: 793     Tarix: 29-05-2018 15:21   
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının 88 yaşlı qocanın göz əməliyyatı üçün məşhur həkimə göndərdiyi göndəriş rədd edilib.
Qanunvehedef.az xəbər verir ki, gözündə yaranmış problemlə əlaqədar pulsuz əməliyyat olunmaq arzusu ilə X.Hidayətqızının verilişinə üz tutan yaşlı kişiyə müalicə olunacaqlar siyahısına düşmək üçün ən az 5 gün verilişdə qonaq qismində iştirak etməsi bildirilib.
5 verilişdə iştirak edən 88 yaşlı qocaya aparıcı X.Hidayətqızı tərəfindən Cahid Şahbazovun yanında pulsuz əməliyyat üçün göndəriş verilib.
Lakin sözügedən həkimin köməkçiləri X.Hidayətqızının göndərişinin işə yaramadığını bildirərək, pulsuz əməliyyatın mümkünsüzlüyünü bildirib və xəstəni geri qaytarıb.
40 manat müayinə, 50 manat isə analizlər üçün ödəyən 88 yaşlı xəstədən əməliyyat üçün 2750 manat pul tələb edilib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən C.Şahbazovun qəbul şöbəsinin əməkdaşı bildirib ki, sözügedən verilişdən onlara göndərişlə gələn xəstələrin heç də hamısı pulsuz müayinə olunmur:
“Əməliyyat olunacaq şəxslər əvvəlcədən araşdırılır. Kimsəsiz körpələr, uşaqlar, tək və köməksiz yaşlılar, övladı olmayan qocalar pulsuz əməliyyat olunur. Ancaq verilişdən hər göndəriş verilən şəxsi pulsuz əməliyyat etməyə heç fiziki baxımdan da imkan yoxdur. Əvvəlcə, əməliyyata alınacaq şəxslərin maddi vəziyyəti araşdırılır. Həqiqətən də əməliyyatı vacib, amma imkanı olmayan kimsəsiz uşaq və yaşlılar var ki, onların təmənnasız əməliyyatı həyata keçirilir”.шаблоны для dle 11.2